Onkoloq Rusiyada beyin xərçənginə tutulma statistikasını açıqladı 18 Sentyabr 2019 13:13 Dünya Rusiya Klinik Onkoloqlar Cəmiyyətinin mütəxəssisi Qriqori Kobyakov RT telekanalına müsahibəsində beyin xərçənginin inkişafının əsas əlamətləri barədə danışıb. Maide.Az xəbər verir ki, Onun sözlərinə görə, bədxassəli beyin şişləri serebral simptomlar kimi özünü göstərə bilər - baş ağrısı, bəzən ürək bulanması və qusma, gumrahlıq səviyyəsinin aşağı düşməsi və ya şüurun pozulması. "Və ya nevroloji simptomlar – zədələnmiş yarımkürənin əksinə olan qol və ayaqdakı hərəkətin pozulması, danışmaqda çətinlik çəkmək, yaddaş pozğunluğu, görmə sahələrinin daralması. Bundan əlavə, beyin şişinin ilk əlamətlərindən biri də epileptiform tutmaların meydana gəlməsidir" mütəxəssis qeyd edib. Q.Kobyakov əlavə edib ki, Rusiyada ilkin beyin şişlərinə yoluxma nisbəti yüz min nəfərə 23 haldır və ya ildə təxminən 34 min yeni diaqnoz qoyulur. Bu zaman bədxassəli şişlər yalnız 30 faizdən bir qədər çox və ya ildə 9,5 mindən 10,5 minə qədər yeni hal təşkil edir. Həkim qeyd edib ki, ən problemli beyin şişi glioblastomadır, belə ki, dərhal dördüncü dərəcəli bədxassəli xəstəlik şəklində meydana gəlir. Lakin mütəxəssis qeyd edib ki, glioblastomadan tam sağalma hallarına da rast gəlinir. Teqlər : #Onkoloq,#Rusiyada,#beyin,#xərçənginə,#tutulma,#statistikasını,#açıqladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 2 min illik şəhər su altında qala bilər - BÖYÜK TƏHLÜKƏ Nigeriya şiələrinin Şeyx Zəkzakiyə dəstək yürüşü davam edir – Foto
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO