Onlarda uçmaq təhlükəlidir - ‘F-35’-lərdə yararsız çıxır 15 Oktyabr 2019 08:42 Xəbərlər Norveç hərbi hava qüvvələri beşinci nəsil "F-35A Lightning II" qırıcılarının istifadəsində çətinliklərlə üzləşib. Maide.Az Sputnik Azərbaycana istinadla xəbər verir ki, məlumatı "Defense News" nəşri yayıb. Bildirilir ki, sözügedən qırıcıların Rusiyanın "qarşısını almaq üçün" istifadə edilməsi nəzərdə tutulub. Məlumata görə, təyyarənin əyləc paraşütü kifayət qədər etibarlı deyil və onun təkmilləşdirilməsi tələb olunur. Tələblərə əsasən, paraşüt açılarkən 10 min haldan yalnız birində fövqəladə vəziyyətin baş verməsinə icazə verilir. Hazırda isə bu tələb yerinə yetirilmir. Qeyd olunur ki, Norveç "F-35" təyyarələrini Rusiyaya məxsus sualtı qayıqların "ovunda", eləcə də ölkə sərhədləri yaxınlığında Rusiya hərbi təyyarələrinin müşayiət olunmasında istifadə etmək niyyətindədir. "F-22 Raptor" təyyarəsindən sonra "F-35 Lightning II" beşinci nəslə aid olan ikinci təyyarə modelidir. Hər iki qırıcı "Lockheed Martin" şirkəti tərəfindən layihələndirilib. Bu qırıcılar mütəmadi olaraq yüksək qiyməti və müxtəlif texniki nasazlıqlarına görə tənqid olunurlar. Belə ki, oktyabrda "F-35" pilotlarında oksigen aclığının simptomları müşahidə olunub. Noyabrda isə Pentaqon "F-35" təyyarələrin korpusunda yaranmış pas səbəbindən ordunun bu qırıcılarla təchizatını 30 gün müddətinə dayandırıb. Teqlər : #Onlarda,#uçmaq,#təhlükəlidir,#‘F35’lərdə,#yararsız,#çıxır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya və Səudiyyə Ərəbistanı ortaq peyk buraxılması haqqında layihə elan edəcək Sentyabrda ərzaq 0,5 faiz bahalanıb