Rusiya və Səudiyyə Ərəbistanı ortaq peyk buraxılması haqqında layihə elan edəcək

Rusiya və Səudiyyə Ərəbistanı ortaq peyk buraxılması haqqında layihə elan edəcək

Rusiya Birbaşa İnvestisiya Fondu (RBİF) Rusiya texnologiyalarından istifadə edərək Səudiyyə Ərəbistan ərazisindən peyk buraxmaq üçün bir layihə elan edəcək.
 
Maide.Az RİA Novosti-ə istinadla xəbər verir ki,  bu barədə RBİF rəhbəri Kirill Dmitriev bildirib.
 
“Əlbəttə, kosmos və yüksək texnologiyalar (maraqlı - red.) Xüsusilə, Rusiya texnologiyasından istifadə edərək Səudiyyə Ərəbistanı ərazisindən orbitə peykin buraxılması üçün maraqlı bir layihə var" deyə, Dmitriev qeyd edib.
 
Xatırladaq ki, Kirill Dmitrievin rəhbərlik etdiyi RBİF heyəti Rusiya Prezidenti Vladimir Putinin bu gün başlayacaq Səudiyyə Ərəbistanına dövlət səfərində iştirak edəcək.

Google+ WhatsApp ok.ru