On minlərlə Arakanlı müsəlman daşqınlardan əziyyət çəkir

Myanmarda üç həftədir davam edən güclü yağışların səbəb olduğu sellərdə 74 nəfərin öldüyü bildirilir.
 
Maide.az xəbər verir ki, prezident Thein Sena dövlət radiosundan verdiyi açıqlamada, "Yağışlar səbəbindən İrravaddy çayındakı su səviyyəsi təhlükəli dərəcədə yüksəlib. Təəssüf ki, təbii fəlakətlərin qarşısını ala bilmirik. Çay kənarındakı kəndlərdə yaşayanların dərhal regiondan uzaqlaşması lazımdır", - deyib.
 
Hökumət beynəlxalq cəmiyyəti yardıma çağırıb. ABŞ 600 min, Avropa Komissiyası təxminən 1,1 milyon, Avstraliya 1,5 milyon, Yaponiya 140 min dollar yardım sözü verib. Bu arada Çin 10 nəfərlik xilasetmə qrupu göndərib.
 
Tarixinin ən böyük sel fəlakətlərindən birini yaşayan Myanmarda 14 əyalətdən 12-sində 74 nəfər dünyasını dəyişib, 330 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. Təxminən bir milyon hektar şumlanmış sahənin sel suları altında qaldığı bildirilir.
 
Daşqınlardan ən çox zərər çəkən Rakhine (Arakan) əyalətində 41 nəfər ölüb. Eyni zamanda Komen qasırğasının da tüğyan etdiyi əyalətdə yüzlərlə ev dağılıb, minlərlə insan təxliyə edilib.
 
Əyalətdəki düşərgələrdə yaşayan təxminən 140 min arakanlı müsəlman güclü yağışlar və daşqınlardan ən çox əziyyət çəkənlər arasında yer alır.
 
Sel sularının avtomobil yolları, dəmir yolları və körpülərə ağır zərər verməsi səbəbiylə bəzi bölgələrə çatdırılmır. Ölü sayının artmasından narahatlıq var.

Google+ WhatsApp ok.ru