İordaniyada günəş enerji sistemləri ilə təchiz olunacaq məscidlərə tikinti lisenziyası veriləcək

İordaniyanın  vəqflər naziri  Hail Əbdül-Həfiz Davud deyib ki, nazirlik bundan sonra yalnız günəş enerjisi sistemləri ilə təchiz olunmuş məscidlərin tikintisinə icazə verəcək. 
Maide.az xəbər verir ki, H.Ə.Davud deyib ki, hazırda nazirlik məscidlər və Quran məssisələrinin əsasnaməsinə yenidən baxır və İordaniyada məscidlərin tikilməsi üçün yeni şərtlər irəli sürəcək.  “Günəş enerjisi sistemlərindən istifadə və  əlil insanların giriş-çıxışı üçün yerlərin düzəldilməsi  məscidlərin tikilməsi ilə bağlı lisenziyaların verilməsində tətbiq olunacaq yeni qaydalardır.”
O deyib ki, hazırda ölkədə  imam camaat və müəzzin çatışmamazlığı var. Ölkə məscidlərinin 57 faizində imam camaat yoxdur və məscidlərin 38 faizində isə müəzzin yoxdur. “Ötən il İordaniyanın Vəqflər Nazirliyi 2000 imam camaat, müəzzin və xətib işə götürüb. Hazırda isə bundan iki dəfə çoxuna ehtiyac var”. /
 
 

Google+ WhatsApp ok.ru