İordaniya kralı, Qüdsdə müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır

İordaniya kralı, Qüdsdə müstəqil Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır

İordaniya kralı, Qüdsdə müstəqil Fələstin dövlətinə ehtiyac olduğunu vurğuladı. II Abdullah sionist rejimin Qərbi Şəriyəni ilhaq etməsi ilə bağlı hər hansı bir hərəkətinin qəbuledilməz olduğunu və bölgədəki sülh və sabitlik üçün imkanları məhv edəcəyini söylədi.
 
Maide.Az "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, İordaniyanın xarici işlər naziri Ayman Əl-Safadi də, İordaniyanın ədalətli və hərtərəfli sülhün əldə olunması üçün səy göstərəcəyini söylədi.
 
O, həmçinin Ammanın Fələstin ərazilərinin hər hansı bir ilhaqının əleyhinə olduğunu açlqlayaraq, bu baş verərsə sülh imkanlarının məhv ediləcəyini bildirib. Xatırladaq ki, sionist rejimi iyul ayında Qərbi Şəriyənin böyük bir hissəsini işğal altındakı Fələstin ərazilərinə ilhaq etməyi planlaşdırır.
 

Google+ WhatsApp ok.ru