Orduda daha bir ölüm

22 yaşlı əsgər Cavid Məmmədov ehtiyatsızlığın qurbanı oldu

Azərbaycan Silahlı Qüvvələrinin daha bir əsgəri dünyasını dəyişib. Hadisə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
 
Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılan 1992-ci il təvəllüdlü Cavid Cəlil oğlu Məmmədov avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
 
Verilən məlumata görə, faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
 
Xatırladaq ki, ötən gün günorta saatlarında döyüş bölgəsində daha bir əsgərimizi itirmişik. 19 yaşlı Murad Mahir oğlu Səmədov ehtiyatsızlıqdan açılan silahdan güllə yarası alaraq ölüb.

Google+ WhatsApp ok.ru