Orduda məzuniyyətlər dayandırılır? - Açıqlama

Müharibə hazırlığı, yoxsa “Bakı-2015 ilk Avropa Oyunları”na hazırlıq?
 
Maide.az-ın musavat-a istinadən xəbərinə görə, xidmətdə olan hərbi qulluqçulara 2015-ci ilin mart ayına qədər məzuniyyət hüquqlarından istifadə etmələri tövsiyə olunub. Hərbi qulluqçulara bildirlib ki, mart ayından sonrakı 3 ay ərzində bu hüquqlarından istifadə məhdudlaşdırılacaq. Bu xəbərdarlığı müharibə hazırlıqlarına başlanılması kimi dəyərləndirənlər də var.
 
Məsələyə Müdafiə Naizrliyinin mətbuat xidməti aydınlıq gətirib. Xidmətdən belə bir məhdudiyyətin olmadığını bildirdilər. Məhdudlaşdırmanın  2015-in iyununda Bakıda baş tutacaq “Bakı-2015 Avropa Oyunları” ilə əlaqəli olduğu da gələn məlumatlar sırasındadır.
 
Qeyd edək ki, oyunların açılış mərasimi 2015-ci il iyunun iyunun 12-də, bağlanış mərasimi isə 28 iyun tarixində keçiriləcək. /
 

Google+ WhatsApp ok.ru