Ordumuzda daha bir əsgər ölümü

Azərbaycan ordusunda qeyri-döyüş şəraitində daha bir əsgər ölümü baş verib. Ağdamdakı N saylı hərbi hissədə qulluq edən əsgər, Beyləqan rayon sakini Əlisman Abbaslı aldığı güllə yarasından dünyasını dəyişib. Hadisə iyunun 19-na keçən gecə baş verib.
 
Məlumatı Beyləqandakı mənbələrdən əldə etmişik. Məlumatda deyilir ki, güllə əsgərin boğazından dəyib. Əsgərin ailəsinə bildirilib ki, o, silah anbarının açarını oğurlayaraq oradan silah götürüb və özünü vurub.
 
Əlisman Abbaslı hərbi xidməti bu çağırışda başa vurmalı imiş. Yəni onun evə dönməsinə sayılı günlər qalıbmış.
 
Yaxınları onun intihar etdiyinə inanmırlar. Hesab edirlər ki, Əlisman başqası tərəfindən güllələnib.  azadliq.info/

Google+ WhatsApp ok.ru