Ordumuz daha bir hərbçisini itirdi - Foto

Qeyri-döyüş şəraitində baş verən hadisə ilə bağlı cinayət işi başlanıb

Azərbaycan ordusu daha bir əsgərini itirib. 
 
Maide.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Silahlı Qüvvələrin N saylı hərbi hissəsində avtomat silahla ehtiyatsız davranılması nəticəsində atəş açılıb və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Babaşov Nizami Şəmil oğlu vəfat edib. Qeyri-döyüş şəraitində baş verən hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
 
“Qafqazinfo”ya daxil olan xəbərə görə isə vəfat edən hərbçi, 26 yaşlı Babaşov Nizami Şəmil oğlu Füzuli rayonu, Araz-Zərgər kənd sakinidir. /
 
 
 

Google+ WhatsApp ok.ru