Orta məktəblərdə peşə təmayül sinifləri fəaliyyətə başlayacaq

Orta məktəblərdə peşə təmayül sinifləri fəaliyyətə başlayacaq

"Növbəti tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır".
 
Maide.Az  xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında növbəti tədris ilinin hədəfləri barədə çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, ilkin olaraq müxtəlif bölgələr əhatə olunmaqla 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq.
 
Nazir bildirib ki, növbəti tədris ilində ilk dəfə olaraq 6000-dən artıq şagird əhatə edilməklə məktəblərdə STEAM-ın (Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə start veriləcək.
 
Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatları nəzərə çatdıran Ceyhun Bayramov qeyd edib ki, layihə növbəti tədris ilində 100-dən çox məktəbi və 90 mindən çox şagirdi əhatə edəcək. Nazir çıxışı zamanı həmçinin istedadlı uşaqlarla iş sahəsində görülən işlər barədə məlumat verərək bildirib ki, son beş ildə beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri 4 qızıl, 34 gümüş və 108 bürünc medal olmaqla ümumilikdə 146 medal qazanıblar. /APA

 

Google+ WhatsApp ok.ru