Şoyqu: Rusiya, ABŞ və Türkiyə Suriyada təhlükəsizliyi artırmalıdır

Şoyqu: Rusiya, ABŞ və Türkiyə Suriyada təhlükəsizliyi artırmalıdır

Rusiya, ABŞ və Türkiyə, Suriyanın şimali-şərqində Ankaranın hərbi əməliyyatına başladıqdan sonra əhəmiyyətli dərəcədə azalan Suriyadakı təhlükəsizlik səviyyəsini artırmalıdır.

Maide.Az xəbər verir ki, bunu bu gün Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu Pekin Syanşansk Forumunun iştirakçıları ilə danışarkən bəyan edib.

“Çox ümid edirik ki, hazırda atılan addımlar - həm türk, həm də amerikalı həmkarlarımızla qarşılıqlı münasibətlərimiz bu bölgədəki təhlükəsizlik və sabitlik səviyyəsini azaltmağa deyil, yüksəltməyə imkan verəcək. Son günlərdə baş verən hadisələr, təəssüf ki, bizim üçün nikbin düşüncələrə yol açmırlar" deyə RİA Novosti nazirdən sitat gətirir.

Şoyqu, həmçinin "düşərgələrin bir hissəsi və bir neçə onlarla ölkədən olan terroristlərin tutulduğu yerlərin bir hissəsinin artıq mühafizə olunmadığını və terrorçuların "yayılmağa" başladığını” söyləyib.

"Onların daha hara gedəcəklərini heç kim bilmir. Ancaq əməkdaşlığımızın qısa, taktiki mərhələsində, fikrimizcə, bu, dərhal həll edilməsi lazım olan bir problemdir", deyə o qeyd edib.

Google+ WhatsApp ok.ru