Pakistan terrorçular şiələrin hüseyniyyəsinə hücum edib

Pakistan terrorçular şiələrin hüseyniyyəsinə hücum edib

-- ölən və yaralanan var

“Səhabə Ordusu” terror qruplaşmasının üzvləri  Pakistanın İsmailxan bölgəsində şiələrin  “Ləl Şah” hüseyniyyəsinə hücum edib. 
 
Maide.Az  “ABNA”-a istinadən xəbər verir ki, terrorçuların hücumu nəticəsində  hüseyniyəni qoruyan mühafizlərdən biri şəhid olub, bir nəfər isə yaralanıb. 
 
Pakistanın müxtəlif şəhərlərində son illər ərzində  Əhli-beyt (ə) ardıcıllarına qarşı  müxtəlif terror hücumları təşkil olunur.   Hücumlar nəticəsində indiyədək  onlarla Əhli-beyt (ə) ardıcılı şəhid olub, yüzlərlə insan yaralanıb. 
 
Pakistanlı şiələr dəfələrlə etiraz aksiyaları təşkil edib və  hökumətin pakistanlı şiələrin təhlükəsizliyini təmin etməkdə səhlənkarlığını pisləyib və  təkfirçilərə qarşı mübarizəni zəif aparılmasını tənqid ediblər. 
 

Google+ WhatsApp ok.ru