Pakistanda 254 mədrəsə bağlandı

Pakistanda eksremizm iddiası ilə ümumilikdə 254 mədrəsə bağlanıb. 
 
Maide.az-ın məlumatına görə, Narkotik və Daxili İşlər naziri Məhəmməd Baligh ur Rəhman verdiyi açıqlamada, milli fəaliyyət planı çərçivəsində məzhəbi münaqişələrini dayandırmaq üçün keçirilən əməliyyatlarda görülən tədbirlər haqqında bəyanat verib.
 
Ölkə miqyasında 80 faiz araşdırmanın başa çatdığını söyləyən nazir, "Hayber regionunun 75 və Bəlücistan bölgəsinin də 60 faizinin regional araşdırmadan keçirilib" - deyib.
 
Rəhman, aparılan araşdırmalarda ölkədə 190 ədəd xarici ölkələr tərəfindən maliyyələşdirilən məktəb olduğunu, 147-sinin Pəncabda, 30-nun Bəlucistanda, 7-nin Hayberdə və 6-sının da Sinddə olduğunu bildirib.

Google+ WhatsApp ok.ru