Pakistanda baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb 31 İyul 2016 01:00 Dünya Hadisədə şübhəli bilinən iki nəfər saxlanılıb Naməlum şəxslərin Pakistanın cənubundakı Larkan rayonunda qoşunlarının nəzarət-buraxılış məntəqələrindən birinə hücumu zamanı azı 1 nəfər ölüb, 14 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Məlumata görə, hadisə Larkan rayonunun Sind əyalətinin cənubunda baş verib. Naməlum silahlılar nəzarət buraxılış məntəqəsinə məsafədən idarə olunan partlayıcı qurğularla hücum etdikdən sonra hadisə yerindən qaçıb gizləniblər. Polisin sözlərinə görə, partlayıcı qurğu velosipeddə yerləşdirilib. Nəticədə 4-ü hərbçi və 8-i dinc sakin olmaqla, 12 nəfər xəstəxanaya yerləşdirilib. Hadisədə şübhəli bilinən iki nəfər saxlanılıb. / Teqlər : #Pakistanda baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb,#14 nəfər yaralanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Amerikalı ekstremalçı paraşütsüz tullanmaq niyyətindədir ABŞ-da hava şarının qəzaya uğraması nəticəsində 16 nəfər ölüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO