Pakistanda birja binasna hücum olub, ölən və yaralananlar var

Pakistanda birja binasna hücum olub, ölən və yaralananlar var

Pakistanda Fond Birjasının binasına hücum nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
 
Məlumatı yerli “Geo News” kanalı yayıb.
 
Polisdən bildirilib ki, binaya 4 nəfər hücum edib. Onlardan 3-ü öldürülüb, 1-i hazırda binadadır.
 
Silahlılar hücumdan əvvəl binanın giriş qapısını qumbara ilə partladıblar.
 
Yaralılardan biri polis zabiti, o biri isə binanın gözətçisidir. /report
 

Google+ WhatsApp ok.ru