Pakistanda ekstremizmə qarşı mübarizədə qadınların roluna həsr olunan beynəlxalq seminar keçirildi

Pakistanda ekstremizmə qarşı mübarizədə qadınların roluna həsr olunan beynəlxalq seminar keçirildi

Dünən Pakistanın paytaxtı İslamabad şəhərində İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin , Pakistanın Dini İşlər və İnanclararası Harmoniya Nazirliyinin və Pakistan Gənclərə Dəstək Şəbəkəsinin təşkilatçılığı ilə “Zorakı Ekstremizmə qarşı Mübarizədə Gənc Qadınların və Qızların Rolu” mövzusunda beynəlxalq seminar keçirilib.
 
Maide.Az xəbər verir ki, tədbirin əsas məqsədi müsəlman ölkələrində gənc qadın və qızların 21-ci əsrdə artmaqda olan ekstremizmlə mübarizədə rolunun gücləndirilməsinə nail olmaq, onların  təhsil hüquqlarının genişləndirilməsinə töhfə vermək, eləcə də onların ekstremist təşkilatlara qoşulmasının qarşısını almaq, bu istiqamətdə konkret mexanizmləri araşdırmaqdır.
 
100-dən artıq yerli və xarici iştirakçının qatıldığı seminarın açılış mərasimində çıxış edənlər  bu tədbirin vacibliyindən bəhs edərək, beynəlxalq seminarın praktik xarakter daşıyacağına, ekstremizmlə mübarizədə əməli təkliflərin irəli sürüləcəyinə ümid etdiklərini bildiriblər. 
 
Seminar daha sonra 3 panel sessiyaları çərçivəsində öz işini davam etdirib.
 
Bu sessiyalarda iştirakçılar müxtəlif müsəlman ölkələrində ekstremizm və terrorla mübarizədə gənc qadınların fəalliyyəti ilə bağlı təcrübə və ideya mübadiləsi, o cümlədən, İƏT məkanında, xüsusilə, Kəşmir, Xocalı və Rohinqyada baş vermiş humanitar faciələrin qurbanları olan gənc qadın və qızlarla bağlı müzakirələr aparıblar.  
 

Google+ WhatsApp ok.ru