Pakistandan ABŞ-a nüvə silahı ilə bağlı rədd cavabı

Pakistanın Baş naziri Şərif ABŞ-ın ölkədəki nüvə proqramını ixtisarla bağlı tələbini qəbul etmədi

Pakistanın Baş naziri Navaz Şərif ABŞ-ın, "nüvə proqramını ixtisar edib" tələbini qəbul etmədi.
Maide.az xəbər verir ki, məlumata görə Baş nazir Navaz Şərif və ABŞ Prezidenti Barak Obamanın Vaşinqtonda keçirdikləri toplantıda Pakistanın nüvə proqramı gündəmə gəlib. Baş nazir Obamaya nüvə proqramının azaldılmasının mümkün olmadığını bildirərək, görülən təhlükəsizlik tədbirləri sayəsində nüvə silahlarının terrorçu qrupların əlinə keçməsinin söhbə mövzusu olmadığını deyib.
Pakistan XİN rəhbəri Eyzaz Əhməd Çodri də bir müddət əvvəl verdiyi açıqlamada, "Taktik səbəblərlə əlimizdə olan nüvə silahları, Hindistandan gələ biləcək mümkün hücumlara qarşı çəkindirici məqsədlidir" demişdi.

Google+ WhatsApp ok.ru