Pakistanda  polis kollecinə edilən hücum nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb

Pakistanda polis kollecinə edilən hücum nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb

Pakistanın Kvetta şəhərində bir qrup silahlı şəxs tərəfindən polis kollecinə edilən hücum nəticəsində  59  polis kursantı həyatını itirib.
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, rəsmilər bildirib ki, hücumu terror qruplaşmasının üzvləri həyata keçirib.  Aparılmış 3 saatlıq əməliyyat nəticəsində hər 3  terrorçu  öldürülüb.  Bildirilir ki, terrorçular özülərinə partlayıcı  maddələr bağlayaraq akademiyaya hücum ediblər. Terrorçulardan ikisi özünü partladaraq  həlak olub, 3-cu terrorçu isə  təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Ölənlərin çoxu partlayış nəticəsində həlak olub. Hücum zamanı 100-ə yaxın  kursant isə yaralanıb. 
 
Şahidlərin bildirdiyinə görə, terrorçular polis kollecinin yataqxanasına hücum ediblər.  
Pakistanın Bəluçistan əyalətinin sərhəd qoşunlarının komandanı general  Sher Afqan deyib ki, terrorçular  Taliban terror təşkilatının üzvləridirlər. 
Hələlik heç bir qrup hadisənin  məsuliyyətini üzərinə götürməyib. 
 
 
 
 

Google+ WhatsApp ok.ru