Pakistanda qarşıdurma: 5 ölü

Xeybər tayfasının əsgərləri ilə "Ləşkəri İslam" terrorçuları arasında qarşıdurma olub.
 
Maide.az xəbər verir ki, hərbi səlahiyyətli açıqlamasında, ""Ləşkəri İslam" terror təşkilatının silahlıları bölgədə "Tövhid-ul İslam" adı ilə tanınan hökumətyönlü sülhməramlı əsgərlərə hücum ediblər", - deyib.
 
Təxminən bir saat davam edən qarşıdurma nəticəsində təcavüzkarlardan 5 nəfərin öldüyü, hökumətyönlü əsgərlərdən isə 7 nəfərin yaralandığı bildirilir.
 
Pakistanın Əfqanıstan sərhədində yerləşən yeddi tayfa bölgələrindən olan Xeybər 2002-ci ildən bəri Pakistan təhlükəsizlik qüvvələri ilə terrorçular  arasındakı qanlı qarşıdurmalara səhnə olur.

Google+ WhatsApp ok.ru