Pakistanda Səudiyyə rejimi xarici işlər nazirinin bu ölkəyə səfərinə qarşı etiraz aksiyası – VİDEO

 
Paksitanda yüzlərlə insan Səudiyyə Ərəbistan rejiminin xarici işlər naziri Adil əl –Cübeyrinin bu ölkəyə səfərinə qarşı etiraz aksiaysı keçirib. 
Maide.az xəbər verir ki, ötən gün keçirilən aksiyada etirazçılar “Ali-Səuda ölüm olsun, Ali – Səud cinayət törədir və İsraili dəstəkləyir” kimi şüarlar səsləndiriblər. 
Aksiya iştirakçıları həmçinin qara bayraqlar daşımaqla Ərəbistanın tanınmış şiə ruhanisi şəhid Şeyx Nimrin edamını pisləyiblər və bu hərəkəti Ərəbistanın atdığı “vəhşicəsinə və insanlıqdan uzaq” bir addımı kimi dəyərləndiriblər. 
Səudiyyə Ərəbistanın xarici işlər naziri bazar günü Pakistana səfər etməli idi, lakin bəzi xəbər qaynaqları Səudiyyə rejiminə qarşı etiraz aksiyalarına görə səfərin təxirə salındığını bildirirlər. /
 

Google+ WhatsApp ok.ru