Pakistanda tanınmış  şiə ruhani  həbs olunub -FOTO

Pakistanda tanınmış şiə ruhani həbs olunub -FOTO

Pakistan Müsəlmanların Həmrəylik Partiyasının baş katibi, tanınmış  şiə ruhani Seyid Əhməd İqbal Rəzəvi həbs olunub. 
 
Maide.Az xəbər verir ki, Ə.İqbal Rəzvini Kəraçi təhlükəsizlik qüvvələri ötən gün şiələrin qətliamına qarşı keçirilən etiraz aksiyasından sonra həbs ediblər. 
Bildirilir ki, İqbal Rəzəvi şiələrə qarşı dinc aksiyalar təşkil etdiyi üçün saxlanılıb. 
 
Ötən gün Kəraçidə Müsəlmanların Həmrəylik Partiyası və Sünni Birlik Şurasının dəstəyi ilə etiraz aksiyası keçirilib.  Etirazçılar Pakistanda şiələrin qətliamını dayandırmağı tələb etmişdilər. 
 
Qeyd edək ki, bu gün Pakistanın sünni və şiə din xadimləri, eləcə də dini və siyasi partiyaları bu ölkə polisinin Kəraçi şəhərində aksiyaçılara hücumunu pisləyiblər. Onlar həmçinin şiələrin bu ölkə həbsxanalarından azad edilmələrini tələb ediblər.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru