Pakistanda  terror: 11 şiəni güllələdilər - FOTO

Pakistanda terror: 11 şiəni güllələdilər - FOTO

 
Pakistanın Bəlucistan əyalətində yerləşən kömür mədəninə silahlı basqın olub.
 
Maide.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kuveytə şəhərinin 50 kilometrliyind yerləşən, əsasən şiə məzhəbli işçilərin çalışdığı Maça daş kömür mədənə baş verib.
 
 Pakistan rəsmilərinin verdiyi məlumata görə silahlılar şiə məzhəbli işçiləri digərlərindən ayıraraq güllələyiblər.
 
Silahlılar 11 nəfəri öldürüb, 4 nəfəri isə yaralayıblar.
 
Basqının kimlərin və nə üçün həyata keçirildiyi barədə məlumat verilməyib, lakin ifratçı təkfirçi qrupların  bu cinayəti törətdiyi bildirilir. 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru