Pakistanda terror aktı baş verib, 48 nəfər ölüb 02 Noyabr 2014 02:00 Xəbərlər Pakistanda növbəti terror aktı baş verib. APA-nın xəbərinə görə, Pencap əyalətinin Hindistanla sərhəddəki Lahor şəhərində baş vermiş terror aktı zamanı 48 nəfər ölüb, 50-dən çox şəxs yaralanıb. Pencapın polis rəisi Muştak Əhməd Şukhera hadisənin Hindistanla sərhəddəki keçid qapısında hər gün təşkil olunan kütləvi mərasim başa çatdığı vaxt baş verdiyini deyib. Həmin vaxt mərasimdə iştirak edənlərin arasına girən canlı bomba terror törədib. Ölənlər arasında əsgərlərlə yanaşı mülki şəxslər, xüsusilə qadınlar və uşaqlar da var. Qeyd edək ki, Pakistan Daxili İşlər Nazirliyi Məhərrəm ayında baş verə biləcək terror aktlarının qarşısını almaq üçün 32 min təhlükəsizlik və polis əməkdaşı cəlb edib./ Teqlər : #Pakistanda terror aktı baş verib,#48 nəfər ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Jurnalistlərin Müdafiə Komitəsi Bəhreyn rejimini tənqid etdi Səudiyyə kralı Şeyx Nəmrin edam qərarını ləğv etməyə məcbur oldu