Səudiyyə kralı Şeyx Nəmrin edam qərarını ləğv etməyə məcbur oldu

Səudiyyə kralı Şeyx Nəmrin edam qərarını ləğv etməyə məcbur oldu.

 

İRNA xəbər saytının məlumatına görə, İranın  Məsləhət Şurasının rəhbəri  Əli Əkbər Haşimi Rəfsəncaninin, Səudiyyə kralı Abdullaha, edam cəzası verilmiş Ayətullah Nəmr haqqında qərarın ləğv edilməsi ilə bağlı yazdığı məktubdan sonra, kral edam hökmünü ləğv edib.

 

Səudiyyə Ərəbistanının rəsmiləri hələlik bu barədə heç bir açıqlama verməyib. “On4Haber” saytının məlumatına görə, bəzi Səudiyyə saytları da bu barədə xəbər yayıb.

 

Qeyd edək ki, Səudiyyənin aparıcı Əhli-beyt (ə) davamçısı alimlərindən olan Ayətullah Şeyx Nəmər 2011-ci ildə Qətifdə Səudiyyənin kral rejiminə qarşı keçirilən aksiyalarda iştirakına görə həbs edilmiş və ömürlük həbs cəzasına məhkum edilmişdi. Daha sonra isə, onun haqqında edam cəzası çıxarılmışdı.

 

İİR Məsləhət Şurasının sədri Haşimi Rəfsəncani ötən həftə Səudiyyə kralına yazdığı məktubda Şeyx Nəmrin edam hökmünün ləğv edilməsini tələb etmişdi. “Şeyx Nəmrin edam hökmünün ləğv edilməsi müsəlmanları parçalamaq istəyənləri ümidsizliyə uğradacaq, şiə və sünnilər arasında birliyi gücləndirəcək. Müsəlmanlar sizdən edamı dayandıracaq qərarınızı gözləyir”, - deyə krala ünvanlanan məktubda bildirilirdi. deyerler/

 

Google+ WhatsApp ok.ru