Pakistan Hindistanla dəmir yolu əlaqələrini kəsdi

Pakistan Hindistanla dəmir yolu əlaqələrini kəsdi

Pakistan Hindistanla dəmir yolu əlaqələrini tamamilə kəsib.
 
Bu barədə dəmir yolları naziri Şeyx Rəşid Əhməd açıqlama verib.
 
O, ölkəsinin müharibə istəmədiyini lakin yaxın 3-4 ayda bunun baş verə biləcəyini söyləyib.
 
Son gərginlik Hindistan hakimiyyətinin əsasən müsəlmanların yaşadığı Cammu və Kəşmir ştatının muxtariyyətini ləğv etməsindən sonra başlayıb.
 
Qeyd edək ki, bəzi xəbər mənbələri ötən gün Hindistan və Pakistan ordusu arasında qızğın döyüş gediyini məlumat verib. 
 
Pakistan ötən gün həmçinin  Hindistan təyyarələri üçün öz hava məkanını bağlayıb. 
 
Budan əvvəl də Pakistan mediası, İslamabad rəhbərliyinin Yeni Delhi ilə əlaqələrinin səviyyəsini azaltmaq barədə qərar verdiyini bildirmiş, Fransa xəbər agentliyi də, İslamabadın Hindistan səfirini deportasiya etdiyini qeyd etmişdi.
 
 
 
 

Google+ WhatsApp ok.ru