Pakistanlı komandan Səudiyyə Ərəbistanın yaratdığı koalisiyaya rəhbər təyin olunub

Pakistanlı komandan Səudiyyə Ərəbistanın yaratdığı koalisiyaya rəhbər təyin olunub

 
Pakistanın sabiq ordu komandanı Rahil Şərif Səudiyyə Ərəbsitanın yaratdığı hərbi koalisiyaının komandanı təyin olub. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki,   Pakistanın ordu komandanlığından ötən ilin noyabr ayında təqaüdə çıxan  Rahil Şərif iki gün öncə 2015-ci ildə Səudiyyə Ərəbistanın təşəbbüsü ilə yaradılmış “terrorizmlə mübarizə üzrə İslam hərbi koalisiyasının” komandiri  təyin olunub. Bunu Pakistanın Müdafiə Nazirliyi elan edib. 
 
Məlumatda bildirilir ki, R.Şərif  Riyadda Koalisiyanın komandanlığını qəbul etmək üçün Pakistan ordusu və hökumətinin razılığını alıb. 
 
Qeyd edək ki,  Səudiyyə Ərəbistan 2015-ci ilin  dekabr ayında  “terrorizmlə mübarizə üzrə İslam hərbi koalisiyasını” yaratdığını açıqlayıb.  Bu koalisiyaya 41 ölkə o cümlədən Fars Körfəzinin Ərəb ölkələri,  Türkiyə, Pakistan, Malazya, Misir və Oman qoşulub.  
 
Səudiyyə Ərəbistanın “terrorizmlə mübarizə” bəhanəsi ilə  yaratdığı bu koalisiya indiyədək heç bir sahədə fəaliyyət göstərməyib, yalnız adı var.  
 
 

Google+ WhatsApp ok.ru