Pakistanın şimal-qərbində onlarla terrorçu öldürülüb

Pakistan ordusunun ölkənin şimal-qərbində terrorçuların mövqelərinə qarşı hava hücumları davam edir.
 
Maide.az-ın verdiyi məlumata görə, Pakistan ordusnunun şimal-qərbdə Xeybər Paxtunxah vilayətinin Xeybər-İcnsi qəbilələr məntəqəsində terrorçuların sığınacaqlarına qaşrı ötəngecəki hücumunda ən azı 47 terrorçu öldürülüb. 
 
Pakistan ordusunun qırıcı təyyarələrinin hücumunda terrorçuların bir neçə sığınacağı da məhv edilib. 
 
Pakistan rəsmiləri dəfələrlə terrorçuları və onların sığınacaqlarını, əsasən də Şimali Vəziristan və Xeybər İcnsi qəbilələr məntəqələrində tamamilə məhv edənə qədər öz əməliyyatlarını davam etdirəcəklərini bildiriblər.

Google+ WhatsApp ok.ru