Pakistanın keçmiş Baş Naziri həbs olundu

Pakistanın keçmiş Baş Naziri həbs olundu

Pakistanın keçmiş Baş Naziri Şahid Xaqan Abbasi haqqında aparılan mayeləşdirilmiş təbii qaz (LNG) tenderi araşdırması çərçivəsində həbs olunub.

Milli Hesabat Vermə Bürosu (NAB) tərəfindən yerli vaxtla saat 10:00-da İslamabadda ifadə verməyə çağırılan Abbasi NAB-yə getməyib.

Abbasi məhkəmə qərarı açıqlanana qədər həbs səlahiyyəti olan NAB tərəfindən Lahor şəhərində keçirəcəyi mətbuat konfransına gedərkən avtomobilində həbs olunub.

Keçmiş Baş Nazirin sabah məhkəməyə çıxarılması gözlənilir. Qeyd edək ki, o, 2013-2017 arasında LNG müəssisəsi tenderində korrupsiyaya yol verdiyi iddiasıyla ifadəyə çağırılmışdı.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru