Pakistanın Məzari-Şərifdəki konsulluğu bağlandı- SƏBƏB

Pakistanın Məzari-Şərifdəki konsulluğu bağlandı- SƏBƏB

Pakistanın Xarici İşlər Nazirliyi elan edib ki, Əfqanıstanın Məzari-Şərif şəhərindəki konsulluğunu bağlayıb. 
 
Maide.Az  xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Pakistanın  Məzari-Şərifdəki konsulluğuna çantasında bomba olan bir xanımın girməyə çalışması olub. 
 
XİN  Pakistanın Əfqanıstandakı konsulluğunun təhlükəsizliyinin tam təmin edilməsini tələb eidb.  
 
Qeyd edək ki,  ötən il Pakistan  Əfqanıstanın şərqində Calal Abad bölgəsindəki konsulluğunu Əfqanıstan rəsmilərinin konsulluğun işinə müdaxilə etməsini iddia edərək bir ay müddətinə  bağlamışdı.
 
Xatırladaq ki, Pakistanın Məzari-Şərifdəki  konsuluğuna viza almaq məqsədilə hər gün Əfqanıstanın 9 əyalətindən  500 nəfər müraciət edir. 
 

Google+ WhatsApp ok.ru