Pakistan Talibanı rəhbərinin oğlu öldürülüb 08 Mart 2018 02:00 Dünya -- Əfqan rəsmiləri daha öncə zərbədə 27 terrorçunun öldürüldüynü bildirmişdi. Bu həftə Əfqanıstana ABŞ dronunun endirdiyi bildirilən hava zərbəsində Pakistan Talibanının rəhbəri Mullah Fazlullah-ın oğlu və daha 19 nəfər öldürülüb. Bu haqda rəsmilər deyirlər. Abdullah martın 6-da ölkənin şərqindəki Kunar vilayətində öldürülüb. Əfqanıstan sərhədində intiharçı bombaçılar üçün təlim düşərgəsinə iki raket atılıb. Məlumatı danışmaq səlahiyyəti olmadığından adının çəkilməsini istəməyən Pakistan kəşfiyyat rəsmiləri verib. Pakistan mediası yazır ki, ölənlər içində Pakistan Talibanının daha iki regional komandiri – Gul Mohammad və Ustad Yaseen də olubmuş. Onlar intiharçılara təlim keçirmişlər. Əfqan rəsmiləri daha öncə zərbədə 27 terrorçunun öldürüldüynü bildirmişdi. Fazlullah bir ay içində dron zərbələrində qətlə yetirilmiş dördüncü yüksək rütbəli talibançıdır. Pakistan Talibanı rəhbərinin müavini, Sajna adıyla tanınan Khan Said Mehsud ötən ay dron zərbəsində qətlə yetirilib. Ondan öncə daha iki komandir öldürülmüşdü.(azadliq.org) Teqlər : #Pakistan Talibanı rəhbərinin oğlu öldürülüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nigeriyada bilinməyən bir xəstəlik yayılıb Böyük Britaniyada Səud rejiminin şahzadəsinə etiraz - FOTO/VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO