Papa: Suya görə böyük dünya müharibəsi başlaya bilər

Papa: Suya görə böyük dünya müharibəsi başlaya bilər

FaktXəbər-in verdiyi məlumata görə, Roma Papası Fransisk dünya ölklərini yeni müharibənin başlaması ilə bağlı xəbərdar edib. Vatikanda Elmlər Akademiyasında "su hüququ" adlı seminarda çıxış edən Papa Fransisk bildirib ki, 3-cü Dünya Müharibəsi su üzündən baş verə bilər. 
 
Suyun hər şeyin başlanğıcı olduğunu deyən Papa Fransisk, harada su varsa, orada həyatın olduğunu qeyd edib: "Vicdan yaratmaq, çətin vəzifədir. İnam və fədakarlıq istəyir. Üçüncü Dünya Müharibəsi su üçün bir dünya müharibəsinə doğru gedirmi deyə özümə sual verirəm. BMT-nin hesabatları sarsıdıcı və bizi narahart edir. Sudan yaranan xəstəliklər ucbatından hər gün 1000 uşaq ölür. Milyonlarla insan çirkli su istehlak edir. Rəqəmlər çox ciddidir və bunun qarşısını alınmalıdır. Gec deyil, amma su ehtiyacının bəşəriyyət üçün əsas dəyər olmasının fərqinə varmaq aktualdır. Bu fundamental hüquqa hörmət etsək, digər hüquqları qorumaq üçün də zəmin yaratmış olarıq".
 

 

Google+ WhatsApp ok.ru