Parisdə Təl-Əvivə icazə var, Qəzzaya yox

Parisdə keçən il Qəzzaya dəstək aksiyalarının qadağan olunmasına baxmayaraq, bələdiyyənin çimərlik tədbirində Təl-Əvivi şəhər seçməsi "ikili standartlar" müzakirələrinə səbəb olub.
 
Maide.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Sena çayı sahilində hər il bir ay ərzində keçirilən Paris çimərlik tədbirində bu il Təl-Əviv mövzu şəhəri olaraq tanıdılması, ölkədə bir çox siyasi və qeyri-hökumət təşkilatının reaksiyasına səbəb olub.
 
Tədbirin ləğv edilməsini istəyən qruplar bu proqramın xüsusilə fələstinli bir uşağın yəhudi hücumçular tərəfindən öldürüləməsindən bir ay və İsrailin Qəzzada 2 mindən çox fələstinlinin ölümünə yol açan hücumundan bir il sonra keçirilməsini tənqid edir.

Google+ WhatsApp ok.ru