Parisdəki terror hücumları ilə bağlı bir nəfər həbs olunub

Parisdəki terror hücumları ilə bağlı bir nəfər həbs olunub.
Maide.az xəbər verir ki, Sputnik xəbər agentliyinin məlumatına görə, Fransa polisi şənbə günü bildirib ki, Bataklan(Bataclan) konsert salonunda girovgötürmə hərəkətinə əl atmış 29 yaşlı bir gənc polis məmurlarının Paris ətrafındakı əməliyyatında həbs olunub.
Eyni zamanda, Fransanın polis rəsmiləri bildiriblər ki, ehtimal  olunur ki, Parisdəki terror hücumlarının bəzi amilləri Yunanıstandan Fransaya daxil olublar.
Cümə günü gecə Parisdə bir neçə partlayış və atəşaçma nəticəsində 129 nəfər ölüb, 250-dən çox insan isə yaralanıbdır.
Terrrorçu İŞİD qrupu Paris hücumlarının məsuliyyətini üzərinə götürübdür./
 

Google+ WhatsApp ok.ru