Parisdə növbəti partlayış

Maide.az xəbər verir ki, bu gün səhər Parisdə təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı 13 noyabrda törədilmiş terror aktlarına bağlılığı olduğu bildirilən 2 nəfər zərərsizləşdirilib.
 
Paris yaxınlığında keçirilən əməliyyat zamanı terrorçu-kamikadze də özünü partladıb. Özünü partladan qadın olub. 
 
Keçirilən əməliyyat zamanı 3 nəfər də saxlanılıb.
 
Qeyd edək ki, Sen-Denidə keçirilən əməliyyatın məqsədi Parisdəki terror aktlarının təşkilində şübhəli bilinən Abdelhamid Abaudun saxlanılması olub.

Google+ WhatsApp ok.ru