Pasportsuz və vizasız Kərbəla ziyarətinə getmək olarmı?

Pasportsuz və vizasız Kərbəla ziyarətinə getmək olarmı?

Müctəhid Məkarim Şirazi Kərbəlaya ziyarətə getmək istəyən və eyni zamanda pasport və vizasız ziyarətə yollanaraq, İraqın qanunlarını pozmağın şəri baxımında qadağan olduğunu buyurub.
 
Müctəhid Məkarim Şirazi bu barədə ötən gün “Ərbəin Mədəniyyəti Komitəsi”nin üzvləri qarşısında çıxışı zamanı deyib.
 
Ərbəin günlərində 20 milyonluq zəvvar kütləsinin Kərbəlaya axışmasını təxmin edən Ayətullah Məkarim Şirazi dost İraq ölkəsinin bütün qanunlarına riayət etməyə çağırıb. Bu istiqamətdə müctəhid vurğulayıb ki pasport və digər lazımi sənədlər olmadan qeyri-qanuni şəkildə Kərbəla ziyarətinə getməyin şəriət baxımından iradı var.
 
Ayətullah Məkarim Şirazi həm ötən ildə həm də bu ildə baş tutacaq 20 milyonluq kütlənin toplaşmasına işarə edib və Ali-Səudun həcc mərasimində 3 milyonluq kütləni idarə edə bilmədiyini önə çəkib.
 
Müctəhid Məkarim Şirazi bu Ərbəində düşmənlərin, bədxahların və təkfirçilərin boş oturmayacağı xəbərdarlığını verərək, bütün Ərbəin təşkilatçılarını ayıq-sayıq olmağa çağırıb.(islaminsesi)
 

Google+ WhatsApp ok.ru