Patriarx Kiril : Qərb dünyasını artıq xristian dünyası adlandırmaq olmaz

Bütün Rusiyanın Patriarxı Kiril deyib ki, Qərb dünyasını artıq xristian dünyası adlandırmaq olmaz ona görə ki, Qərbdə dini dəyərlər ictimai həyatdan silinib.

Maide.az-ın məlumatına görə, Türkiyə Diyanət İşləri Başqanı professor Məhmət Görməz ilə görüşən Bütün Rusiyanın Patriarxı Kiril deyib ki, "Tamamilə aydındır ki, qərb sivilizasiyası, müasir qərb mədəniyyəti din ilə əlaqələrini itirib və qərb dünyasını artıq xristian dünyası adlandırmaq olmaz. Dini dəyərlər ictimai həyatdan silinib. Allahın qaydalarının,mənəviyyatın  əleyhinə qanunlar qəbul edilir".
Patriarx Kiril İŞİD terror qruplaşmasının İslamı dünya ictimaiyyətinin gözündə mənfi təqdim etmək üçün yaradıldığını vurğulayıb. "Radikal müsəlman qruplaşmalarının yaranması, onların törətdikləri cinayətlər -  bütün bunlar İslamı dünya ictimaiyyətinin gözündə mənfi təqdim etmək üçün planlaşdırılıb" //

Google+ WhatsApp ok.ru