Patriarx Kirill: Müsəlmanlar və xristianlar, sülh üçün çalışırlar

Patriarx Kirill: Müsəlmanlar və xristianlar, sülh üçün çalışırlar

Bütün Rusiyanın Patriarxı Kirillin iştirakı ilə "Pravoslavlıq-İslam" adlı dialoq üzrə Rusiya və İran birgə komissiyanın X iclası keçirilib.
 
Maide.Az Rusiyanın "islam-today.ru" saytına istinadən xəbər verir ki, görüşdə İslam və mədəni əlaqələr təşkilatının sədri Əbuzər İbrahimi Torkəman, İranın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sənai və Ali Rəhbərin müşaviri Ayətullah Məhəmməd Əli Təsxiri iştirak edib. 
 
"Pravoslavlıq-İslam" dialoqun 20 il öncə yaradılmasının zəruriliyi haqqında əziz qardaşım Təsxiri ilə danışdıq. Dinlərarası dialoq xalqlar arasında münasibətlərin yoluna qoyulmasına kömək edir və zəmanəmizin ən mühüm problem üzrə kompromis əldə etmək üçün kömək edir. 
 
Patriarx qeyd edib ki, bu dialoq göstərir ki, biz bir çox aktual məsələlərə eyni gözlə baxırıq. Bütün dünya bilir ki, xristianlar və müsəlmanlar, ədalətli sülhə doğru can atır.
 

Google+ WhatsApp ok.ru