Türkiyədə hər il 90 min nəfər qəfil ürək dayanmasından ölür

Türkiyədə hər il 90 min nəfər qəfil ürək dayanmasından ölür

Aralıq dənizi universitetində işləyən professor doktor Yıldıray Çete bildirib ki, hər il təxminən 90 min nəfər ani ürək dayanmasından həyatını itirib.
 
Maide.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Y.Çete bildirib ki, yalnız ürək masajı edərək siz də həyat xilas edə bilərsiz. "Bu ölümlər küçədə, evdə, iş yerində və ya xəstəxanada sizi yaxalaya bilər.  Türkiyədə hər il 90 minə yaxın adam ani ürək dayanmasına görə dünyasını dəyişir.  Təqribən hər 6 dəqiqədə bir nəfəri ani ürək dayanmasına görə itiririk. Ürək dayanması tutan şəxsə ilk olaraq qəlb masajı etmək lazımdır.  Bu hərəkət sürətlə həyata keçirilməlidir."
 
Qeyd edək ki, Azərbaycanda hər 100 min nəfərə düşən qəfil ölümlərin sayı orta hesabla 140-dır. Ümumilikdə MDB ölkələrində qəfil ölümlərin səviyyəsi Avropa dövlətlərindəki analoji göstəricidən iki dəfə çoxdur.
 
Azərbaycanda proqnozlaşdırılan orta ömür həddi 73 ildir, Avropada bu rəqəm 76 il təşkil edir.
 
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropada səhiyyənin vəziyyətinə dair yeni hesabatında bildirilir. Bu tip hesabatlar üç ildən bir hazırlanır, araşdırmalar 53 üç dövlətdə yaşayan təxminən 900 milyon nəfəri əhatə edir. Son illərdə Azərbaycan daxil olmaqla, MDB ölkələrində ürək-damar xəstəlikləri 10-15 il cavanlaşıb. 
 

Google+ WhatsApp ok.ru