Paytaxt küçələrində sıxlıq var

Bakıda Tbilisi prospekti (Nəqliyyat Nazirliyinin qarşısı) və İnşaatçılar prospektində (Dövlət Statistika Komitəsinin qarşısı) nəqliyyat vasitələri sıx şəkildə hərəkət edirlər.
Bu haqda "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Məlumata görə, hazırda A. Bakıxanov küçəsində (Türkiyə səfirliyinin qarşısı), Ziya Bünyadov prospekti (iki istiqamət üzrə), Afiyəddin Cəlilov küçəsi və Üzeyir Hacıbəyov küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. 

Google+ WhatsApp ok.ru