Rauf Murqədirovun anasından təsirli müraciət

Həbsdə olan jurnalist Rauf Mirqədirovun anası Rəfiqə İsayeva musavat.com vasitəsilə müraciət yayıb. Ölkə ictimaiyyətinə ünvanlanln müraciətdə deyilir:
 
İki ilə yaxındır ki, mənim oğlum, respublikanın əməkdar jurnalisti Rauf Mirqədirov ağır ittihamla həbsdədir. Bu günlərdə nəhayət ki, onun məhkəməsi başlamalıdır. Vicdanını qələminin müqəddəsliyinə təslim edən vətənpərvər bir ziyalının "vətən xaini" adi ilə damğalanması Azərbaycan üçün rüsvayçılıqdır. Mən hər bir namuslu Azərbaycan vətəndaşına müraciət edirəm. Rus dilli Azərbaycan mətbuatının ən namuslu, sabit nümayəndələrindən biri olan oğlumun taleyinin həllində köməyinizi əsirgəməyin. Əməkdar Jurnalist, tanınmış ziyalı, jurnalistikaya aid bütün mükafatların lauriatı, ömrünü müstəqil dövlətçiliyimizin qurulmasına sərf edən, gündəlik təhlilləri ilə dövlətçiliyimizi daha da möhkəmləndirməyə çalışan Rauf Mirqədirov vətənə xəyanət edə bilməz. Özü də maddi maraq zəminində. Raufa öz vətənimizdə pullu nəşrlərdə iş təklifləri gəlirdi, lakin o rədd edirdi. Heç bir maddiyyat onu əqidəsindən döndərə bilmir, fikirlərindən, şəxsiyyətindən qiymətli ola bilməzdi. Azərbaycan ziyalısını belə aşağılamaq, alçaltmaq yalnız dövlətimizin, xalqımızın düşmənlərinə sərf edir. Rica edirəm, bu şərə, böhtana, iftiraya son deyin. Rauf kimi vətənpərvər ziyanının belə ittihamla tutulması Azərbaycan tarixi üçün qara ləkə kimi qalacaq. Mən bir ana kimi, bir ağbirçək kimi sizə üz tuturam. Bir ana kimi sizdən xahişim məni gözü yaşlı qoymamağınızdırsa, dünya görmüş ağbirçək kimi sizdən istəyim tarix qarşısında utanc olacaq bir ədalətsizliyin, Allah qarşısında isə böyük günahın qarşısını almağınızdır". 

Google+ WhatsApp ok.ru