Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Yolların və piyada keçidlərinin yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
 
Maide.İnfo xəbər verir ki, "Azəravtoyol” ASC-dən verilən məlumata görə, bu gün səhər saat 10:00-dan etibarən Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsinə kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
 
Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.
 
Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq. /

Google+ WhatsApp ok.ru