Pentaqon Əfqanıstanda xüsusi villalar inşa etmək üçün 150 milyon dollar vəsaiti hədərə verib

ABŞ Konqresinin Müşahidə heyəti ifşa edib ki, Pentaqon amerikalı vergi ödəyicilərinin ödədiyi 150 milyon dollar vəsaiti Əfqanıstanın dövlət məmurları üçün dəbdəbəli şəxsi villaların inşasına sərf edib.
Maide.az xəbər verib ki, Əfqanıstanın Yenidənqurulması üzrə xüsusi baş müfəttiş Con Supko cümə axşamı günü ABŞ Müdafiə naziri Eşton Karterə yazdığı beş səhifəlik məktubda bildirib ki, Pentaqonun Tikinti İdarəsi dəbdəbəli villaların inşasına 150 milyon dollaradək vəsait sərf edib.
Pentaqon habelə xarici investorlar üçün xüsusi malikanə da inşa edib. Həmin villada müasir əşyalar, avadanlıqlar və “Qərb mehmanxanaları üslubunda” qalmaq şərait yaradılıb.
Supko bu suallara cavab axtarır ki “belə bir böyük vəsait Əfqanıstanın tərəqqisi hədəflərinin reallaşdırılması istiqamətində sərf edilib və malikanə inşa etmək və mühafizəçilər üçün vəsait xərcləmək faktiki olaraq əsaslandırılıb ya yox?”
O, xərclənən vəsaitin məbləğini təsdiqləyərək Pentaqondan  malikanələrdə qalan şəxslər haqda daha çox məlumat verilməsini tələb edib. ABŞ Müdafiə Nazirliyi sorğu ilə bağlı 11 dekabradək cavab verməlidir.
 
500 milyon dollar dəyərində Yanacaq doldurma məntəqəsi
Pentaqonun Tikinti İdarəsi 500 min dollar vəsaitlə başa gələn yanacaq doldurma stansiyasının inşasına 43 milyon dollar sərf etməsi ilə bağlı keçən ay məlumat yayılmasından aonra Konqres üzvləri tərəfindən kəskin tənqidlərlə üzləşib.
ABŞ Konqresi 2010-2014-illər ərzində bu sahəyə 820 milyon dollardan çox vəsait ayırıb.
ABŞ komandanlığı altında qüvvələrin hərbi missiyası 31 dekabr 2014-cü ildə rəsmən başa çatıb. /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru