Pentaqon Rusiya ilə əməkdaşlığı dayandırıb

Maide.az lenta.ru-ya istinadən xəbər verir ki, Pentaqonun rəsmi nümayəndəsi Mişel Baldansa Rusiya ilə əməkdaşlığı dayandırdıqlarını açıqlayıb. O, buna səbəb kimi rəsmi Moskvanın Suriya prezidenti Bəşər Əsədlə bağlı mövqeyini göstərib: "Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Moskva isə diqqətini İŞİD-lə mübarizəyə cəmləşdirmək əvəzinə Bəşər Əsədə dəstəyə yönəldib, hər hansı bir əməkdaşlıqdan söz gedə bilməz”.
 
Qeyd edək ki, dekabrın 25-də Rusiya Baş Qərargahının Operativ idarəsinin rəisi Sergey Rudskoy bəyan etmişdi ki, Moskva Suriyada terrorçuların obyektlərinə dair məlumatlarla bölüşməyə hazırdır və rəsmi Vaşinqtondan eyni hərəkəti gözləyir. 

Google+ WhatsApp ok.ru