`PEW` Araşdırma Mərkəzi: `2030-cu ildə Avropa əhalisinin 8%-i müsəlman olacaq`

PEW Araşdırma Mərkəzinin apardığı bir araşdırmaya görə, 2030-cu ildə Avropanın 8%-nin müsəlman olacağı proqnozlaşdırılır, - Dünya Bülteni.

Avropa Birliyi ölkələrindəki əhali artımının sürəti araşdırılan tədqiqatda Avropada müsəlmanların daha çox artacağı güman edilir. Araşdırma ilə bağlı xəbər verən "Le Figaro"ya görə, müsəlman əhali Avropa Birliyində hər on ildən bir 1% artır. Bu əhali 1990-cı ildə Avropa əhalisinin 4%-ni təşkil edirdi. Hal-hazırda isə bu rəqəm 6%-dir.

Avropa Birliyində ən çox müsəlman Fransa və Almaniyada yaşayır . 2010-cu ildə Almaniyada 4 milyon 800 min, yəni Almaniya əhalisinin 5,8%-nin müsəlman olduğu məlum olub. Fransada 4 milyon 700 min, yəni əhalinin 7,5%-i müsəlmanlardan ibarətdir. deyerler /

Google+ WhatsApp ok.ru