Pirallahıda  su olmayacaq

Pirallahıda su olmayacaq

Bu gün, aprelin 14-ü Bakının Pirallahı qəsəbəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Xəbəri «Azərsu» ASC-nin mətbuat xidməti yayıb.
 
Xəbərə görə, Pirallahı rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə birləşdirilməsi həyata keçirilir. Bununla əlaqədar qəsəbəyə su verilməsində məhdudiyyətlər yaranacağı bildirilir. Problemin günün sonuna qədər aradan qaldırılacağı deyilir.
 

Google+ WhatsApp ok.ru