Piyadanı maşın vurdu: başı üzüldü - Bakıda

Piyadanı maşın vurdu: başı üzüldü - Bakıda

Bakıda vurulan piyadanın boynu üzülüb.
 
Report-un xəbərinə görə, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsi, Şəhər şosesində qeydə alınıb.
 
İsa Ağazadə idarə etdiyi 90 VL 279 dövlət qeydiyyat nişanlı "Hunday" markalı avtomobillə hərəkət edən zaman piyada 48 yaşlı Səmədov İsmayıl Ağa oğlunu vurub. Zərbə o qədər güclü olub ki, İ.Səmədovun başı avtomobilin qabaq (alın) şüşəsini sındıraraq salona girib. Nəticədə onun boyun nahiyəsi kəsilib. Sürücü İ.Ağazadə piyadanı xəstəxanaya çatdırıb. Lakin İ.Səmədovun öldüyü müəyyən olunub.
 

Google+ WhatsApp ok.ru