PKK terrorçusu Cəmil Bayık: Ərdoğanı devirmək istəyirik

PKK terror təşkilatının rəhbərlərindən olan Cəmil Bayık artıq əsas hədəflərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və AK Partiyanın süqutu olduğunu deyib.
 
Maide.az xəbər verir ki, Şimali İraqdakı Qəndil dağlarında "Times" müxbiri Entoni Loydun suallarını cavablandıran Cəmil Bayık hazırda "ölüm qalım" mübarizəsi verdiklərini söyləyib. "Ərdoğan bizi məğlub edərsə, Türkiyədə demokratiya istəyən hər kəsi məğlub edə bilər", - deyən bayık sözlərini belə davam etdirib:
 
"Onun arzularının reallığa çevrilməsinin qarşısında ən böyük əngəl bizik. Əgər Ərdoğan bizi inkar edərsə, qazanar. Ərdoğanı və AKP-ni devirmək istəyirik. Ərdoğan və AKP devrilmədikcə Türkiyə heç vaxt demokratik ölkə ola bilməyəcək".
 
"Times" Cəmil Bayıkla müsahibəni, "Türkiyənin ən çox axtarılan adamı söz verir: İntiqam bizim olacaq" başlığı ilə verib.

Google+ WhatsApp ok.ru