Polisdə adam ölüb?

Yasamal Rayon Polis Idarəsinin 29-cu polis bölməsinə konkret şikayət üzrə çağırılan elə oradaca da dünyasını dəyişib. Həmin şəxsin kimliyi və ölüm səbəbi bizə bəlli deyil.
 
Məlumatı dəqiqləşdirmək üçün əməkdaşımız DIN-lə əlaqə saxlayıb. Nazirlikdən ölüm işlərinin prokurorluğun səlahiyyət çərçivəsinə aid olduğunu bildirərək məsələ ilə bağlı həmin qurumla əlaqə saxlamağı tövsiyyə ediblər. Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirib ki, Yasamal Rayon Prokurorluğuna bu barədə məlumat daxil olmayıb. Axşam saatlarında isə DIN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumatı təkzib edib.
 
Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

Google+ WhatsApp ok.ru