Polis maşınlarına `ağıllı` cihazlar yerləşdirilir - VİDEO

Ölkəmizdə polis avtomobillərində olan sayrışan işıqlar yeni sistemlə işləyəcək.
 
Bu məqsədlə avtomobillərə yeni cihazlar quraşdırılacaq. Türkiyənin Erkin texnoloji şirkəti tərəfindən 400 belə cihazın Azərbaycana satılması haqqında razılıq əldə edilib...
 
Yeni qurğuların bir sıra üstünlükləri var. Türkiyənin Cənub Şərqi Anadolu və Ege bölgələrindəki 4 şəhərdə polis avtomobilərinin üzərində sayrışan işıqlar yeni sistemlə işləyir.
 
Yol polisi avtomobilləri ilə yanaşı post-patrul xidməti maşınlarına da quraşdırılacaq cihazlar asayişin pozulması hallarında atəşin hansı tərəfdən açıldığını da müəyyən etməyə imkan verəcək.
 
Azərbaycanda yeni sistemlə avtomobillərin nömrə tanıma və sürət ölçmə mexanızmi daha da təkmilləşəcək və əldə edilən məlumatlar 80 gün avtomatik yaddaşda saxlalacaq. Bu da sonradan yarana biləcək mübahisələr zamanı dəlil kimi təqdim olunacaq. xezerxeber /

Google+ WhatsApp ok.ru